Elə ki, çatır əliGəncliyinin çağına –Uçub qonmaq istəyirBir gülün budağına.İstəyir ki, nur saça,Yana bəxtinin şamı,Gözəl axtarır hamı.

Deyir, gözlərin ala,Qaşların da qaradır.Gözəllikdən güc alıb,Min bir əsər yaradır.Aşiqlərin eşqidir,Şairlərin ilhamı,Gözəl axtarır hamı.

Ağır dərddir, həyatdaGəzdiyin Allah ola,Qismətinə din düşə.Gözəl deyib, yanasan,Payına çirkin düşə.Arzulara çatmasanÖmrün-günün, həyatınNə ləzzəti, nə tamı,Gözəl axtarır hamı.

Geniş ürək, odlu göz,Çilçıraqlar yandırar.İşıq keçsə, otaqdaSevinc işıqlandırar.İşıqlı keçsin deyəÖmrün səhər-axşamı,Gözəl axtarır hamı.

Nənəmin nəvəsinəCanım deyə, can ola.Kişi belindən gələ,Əsil bir insan ola.Yaxşı olsa gəlinlər,Oğulların bəxtidir,Anaların bayramı,Gözəl axtarır hamı.

1972, 17 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets