Mən də gedəsiyəm
Xəstəxanada mənə baş çəkməyə gələnlərin əksəriyyəti bir-birindən xəbərsiz eyni cümləni təkrar edirdilər: “Dur ayağa, xəs -təlik sənə yaraşmır!”
Adam bir ağrıya üz göstərəndə,Ağrının adamdan xoşu gələrmiş.O ki boş damarı tanıdı səndə,Birinin yerinə beşi gələrmiş!
Gəlir, ürəyini heç vaxt qırmıram,Üzü bozaranda ağlı çaşdırır.Mən onu özümə yaraşdırmıram,O, məni özünə çox yaraşdırır.
Nə qədər toyları döndərib yasa,Ağrının əlindən qaçanammı mən?O, mənim qapımı gəlib açmasa,Onun qapısını açanammı mən?!
İllərdi çiynimin ağrısı kəsmir,Çiynimdə nə qədər tabut apardım.Hər gün qəbristana sükut gətirdim,Hər gün qəbristandan sükut apardım.
Min dəfə əssə də dağlardan külək,Dağılan ürəyə, beynə neyləsin?Loğmanı yerindən qaldırın, görək,Dərman nə iş görsün, iynə neyləsin?!
Ahlar ürəkləri döndərir közə,Gözlərin ağrısı yaşdan yaranır.
İnsan daş deyil ki, hər şeyə dözə,Nə olsun torpaqdan, daşdan yaranır!
Günlər dərd üstünə dərd gətirməsə,Hər gün insanların dərdi dağılar.Hərdənbir evinə şadlıq girməsə,Dərdi dağılmazın yurdu dağılar.
Dağıdır hasarı, yıxır barını,Ömrün qalasını sökür aparır.Ölənlər sağların şah damarını,Özüylə torpağa çəkir aparır!
Gözün işığını gözdən aparır,Dizin taqətini dizdən aparır.Gedənin ağrıdan canı qurtarır,Nəyi aparırsa bizdən aparır.
Necə yaraşmasın mənə xəstəlik,Min dəfə ölmüşəm, görən olmayıb.Neçə yol dünyaya deyib “hələlik”,Getmişəm, gəlmişəm, görən olmayıb.
Yaralı qəlbimdə qəm daşa-daşaMən dözüm olmuşam, səbir olmuşam.Başdaşı görəndə dönmüşəm daşa,Qəbirlər yanında qəbir olmuşam!
Tale qan uddurub, insan qan udub,Ölmüşəm, fürsətim, çəmim öləndə!Mən də gedəsiyəm, ürəyim susub,Sevincim öləndə, qəmim öləndə!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-de-gedesiyem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Cəfərqulu xanaHacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!