Sənə bağışladım,sənə bağladım,Sevilən ömrümü,sevən ömrümü.Mən sənin gücünləqoruya bildim,Nisgili qapıdanqovan ömrümü.

Yaşım yüzü keçdi,mini haqladı,Nəfəsim yer öpdü,göy qucaqladı.Sevgin, məhəbbətindiri saxladı,Dərdin ürəyiniovan ömrümü.

Qalsın əl beləcə,ətək beləcə,Qalsın bal beləcə,pətək beləcə.Yolu sona qədərgedək beləcə,Vermə qocalığacavan ömrümü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets