Çünki
Hər gözdə, hər ürəkdə nur olmaq istəyirəm,Çay kimi, dəniz kimi gur olmaq istəyirəm.Yanmıram, yananda da kül olmaq istəyirəm.Gözyaşı qədər duru, çiçək qədər saf olmaq,Ədalətlə yoğrulub haqq olmaq, insaf olmaq,Bir sevmək səadəti, bir sevilmək arzusu,Zamanın yaddaşında qala bilmək arzusu.Birmi, beşmi arzular, eh, hansını sayasan?Arzuları yaşaya, duyasan, anlayasan.Yaşamaq istəyirəm, yüz il mənə bəs deyil,Çünki mənim həvəsim ötərgi həvəs deyil!
1972, 30 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-cunki
Use ← → keys to move, R for a random poem
More by this author
Bax bu gözəlliyə,bax, gözəl insan,
O, ana yurduna arxa çevirməzKimin dodağındaqımqıması var,
Mən öləndə üzümü Borçalıya çevirinOrda duydum el ruhumun sazını,Orda sevdim bir kişinin qızını.
Borçalıyla Azərbaycan arasındaO elimdi, o kəndimdi, bu şəhərim,O həsrətim, bu sevincim, bu qəhərim,
Poems by other poets · Nature and spring
رایت سلطان عید بر سر میدان رسید
MəndənYeri dağlar, sənlə həmdəm olmaram,Dağlar, əsirgədin qarı da məndən,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim