Təntiməyin, tələsməyin, çaşmayın,Yerli-yersiz həddinizi aşmayın,Qazan gəlib qaynamamış daşmayın,Yoldaşımız səbir, dözüm olacaq,Bugün-sabah dünya bizim olacaq.

Vaxt Təbrizin, dünya Ərkin dünyası,Yol Tanrının, haqqı dərkin dünyası,Əvvəl-axır dünya Türkün dünyası,Üç gün, beş gün gecim-tezim olacaq,Bugün-sabah dünya bizim olacaq.

Şəhid verin, qurban verin, can verin,Cansızlara şah damardan qan verin,Gəmi kimi sahillərə yan verin,Müidəçilər düzüm-düzüm olacaq,Bugün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar,Haqq sözümü qaya duyar, daş anlar.Qayıdacaq Çin səddini aşanlar,Tarixlərə təzə sözüm olacaq,Bugün-sabah dünya bizim olacaq.

Keçidlərdə ocağımız səngidi,Yoxuşlarda nəfəsimiz təngidi,Tarix bir az haqq sözündə ləngidi,Həqiqətlər çözüm-çözüm olacaq,Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,İlk andımız, son andımız Turandı,Soraq verən peyğəmbərdi, Qurandı,Nə yozulsa xeyrə yozum olacaq,Bugün-sabah dünya bizim olacaq.

Qovuşacaq bölünənlər, bölgələr,Nurlanacaq qaranlıqlar, kölgələr,Diriləcək Oğuzxanlar, Bilgələr.Türkə səcdə, Türkə təzim olacaq,Bugün-sabah dünya bizim olacaq.

2004, 6 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love