Aşıq, ağrın alım, bir “Qaytarma” çal,İnciyən gözəlim qayıda, bəlkə.Sazda “Müxəmməs”im, tarda segahım,Bayatım, qəzəlim qayıda, bəlkə.

Boranı əylənə, qışı dayana,Tökə ətəyindən daşı, dayana,Ağlayan gözünün yaşı dayana,Axırım, əzəlim qayıda, bəlkə.

Gəlişi qaytara ötən çağları,Sağala aşiqin sinə dağlarıGəzə Zəlimxanla yaşıl bağları,Söhbəti məzəlim qayıda, bəlkə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets