Dükan nə dükan, çar tərəf müşk mürdar,Nəsrullah ƏttarHər təblədə ədviyyə kəm, fəzlə bisyar,Nəsrullah Əttar

Bir güşədə var çölmək və bir güşədə mənqəl,Bir güşəsi məzbilGün istisi, od tüstüsü, əlqissə tolanbar,Nəsrullah Əttar

Vazehdir ki sən aldığını verməsən əsla,Aləm bilir, amaÇəkməz yenə əl səndən özün qəhbə tələbkar,Nəsrullah Əttar

Dörd canvar bənzəysən, ey hirsdə çün muş,vəy xabdə xərgüşEy hiyləsi çün rubah və vəy rüyəti kəftar,Nəsrullah Əttar

Dörd canvara bənzər əcəb dal və qəhhar,həm baş və ayağınTısbağa və qurbağa və kərtənkələ və mar,Nəsrullah Əttar

Dörd quş kimi, ey yeməndə çün bum,vəy qarğu kimi şumƏtamda bir kərgəs və kirdarda bir sar,Nəsrullah Əttar

Nəqqaş verib nəqşinə yalqız ilə dudə,düşdük bu nümudəVerdi nə sefidab və nə şənjərf nə zəncar,Nəsrullah Əttar

Dörd mə'dəniyyat işlədib əz vayidən atan ...,dil qir ilə təxmirZərnixlə rəngin sarı, zac ilə gözün dar,Nəsrullah Əttar

Hicvin deməyə eylədilər bəndəni məmur,oldum belə məcbur... kəsmə deyiləm faili-muxtar,Nəsrullah Əttar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets