Ömrü boyu insanları,Nəsə dartır, nəsə çəkir.Ölüm bizi səssizliyə,Həyat bizi səsə çəkir.

Dərd ürəklə can arası,Vaxt axşamla dan arası,Evlə qəbiristan arası,Yolumuzu kəsə çəkir.

Dünya şirin, həyat dadlı,Ömür gödək, gün təzadlı,Əcəl bizi qəbir adlı,Qara bir qəfəsə çəkir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death