Yaz boylandı uzaqdanPayız gecəsi gəldi.Yarpaq düşdü budaqdanÖlümün səsi gəldi..

Payız son urasıylaBəxtini buldu getdi.Bağların arasıylaQışa vuruldu getdi.

Eşitdinmi o səsiÖlümün səsi mənəm.Yarpaq bahar meyvəsi,Məzar meyvəsi mənəm.

Mənəm düşən o yarpaqSonu gəldi ilkimin.“Doğuldu” deyən dodaq,“Öldü” deyən dil kimin?

Tabutumun taxtasıBoylanır hansı dağdan?Qusul suyum yol gəlirGörən hansı bulaqdan?

Gözümü bağlayan əlBəxtimi yazan əlmi?Qədərimi yazan əlQəbrimi qazan əlmi?

Ver ölüb diriləniGörüm asanmı ölüm.Axırda tapdım səniTapmacasanmı, ölüm?

Mənə yol göstərməyəGöndərdin dərdi bəlkə?Bu ölüm şeirləri,Səndən xəbərdi bəlkə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death