...Günəşmi qanad çaldı,Bəxtinmi doğuşuydu?Göyərçindi, qartaldı,Ya da tale quşuydu..

Qonmağa yer gəzirdi,Gəlib yuxuma qondu.Bu açılan nə sirdi,Bu gəlinən nə sondu?

Sirrin fərqinə vardı,Çırpındı var gücüylə.Bir ağ kağız çıxardıLələyinin ucuyla.

Dodaqaltı deyindiDimdiyi-sul oxu:-Bu sənin taleyindiAça bilsən, al oxu.

Yetər, gözlədin yazı,Axır çərşənbə-yazdı..Bəxtim kimi kağızıAçdım ki, bəmbəyazdı.

Yoxsa haqqın səsiydi,Yoxsa dərdin çarəsi.Bilməm nəyin nəsiydi,Ya...nəyin işarəsi.

Tanrım, bu necə qədər,Tanrım, bu necə yazı?Üçüncü gözümmü var,Oxuyam bəmbəyazı...

Yuxu.. sirrin nəfəsi,Üzümə toxunurdu.Bəxtin sual cümləsiGözündən oxunurdu:

-Dil anlamaz asilər,Mən deyim sən yaz,-dedi.Tale göydə yazılar,Yerdə oxunmaz dedi..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate