İstəkli həyat yoldaşını itirmiş 70 yaşlı bir kişinizülüm-zülüm ağlayan gördüm

Bir yumaqdı ağrıların əlində,Yavaş-yavaş çözələnir bu kişi.Köhnə dərdi sinəsindən getməmiş,Təzə dərdlə təzələnir bu kişi.

Talan olmuş könül adlı şəhri var,Göz yaşından dəryası var, nəhri var,Ağlamağın qaydası var, təhri var,Ağlamır ki, özələnir bu kişi.

Fələk onu nə saymışdı, nə sayar,Yüz harayla, gələn deyil səsə yar.Dərdə sirdaş, qəmə yoldaş, yasa yar,Hər üçünnən məzələnir bu kişi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice