Bənzətmə
Şair dostum Musa Yaquba
Qardaşıma bir bənzətmə tapmışam,Musa Yaqub dağ kəlinə bənzəyir.Başı zirvə, döşü yamac, özü dağ,Şeriyyətin heykəlinə bənzəyir.
Qızıl qaya, yaşıl çəmən, göy meşə,Qayalarda baş-başadır, döş-döşə.Kövrələndə boynu bükük bənövşə,Kükrəyəndə dağ selinə bənzəyir.
İlham ona, o ilhama anadı,Təbiətdi duyğusunun qanadı.Nəğmələri sığallanmış sonadı,Hər misrası bir gəlinə bənzəyir.
Bir çiçəkdi, təravətin dilidi,Halallıqdı, ləyaqətin dilidi.Danışdığı təbiətin dilidi,Süleymanın quş dilinə bənzəyir.
Acı deyil şan-şöhrətin, ad-sanın,Dalğasıdı söz adlanan dəryanın.Bir gözü tox balasıdı Şirvanın,Öz yurduna, öz elinə bənzəyir!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-benzetme
Use ← → keys to move, R for a random poem
More by this author
Həcərül-Əsvəd qardan daha bəyaz idi,fəqət müşriklərin günahı onu qaraltdı.
Onu dar ayaqda kim qoruyurdu?(Ya Rəsulum1) Kitabda (Quranda) İbrahimidə yad et (onun hekayətini də ümmətinə söylə).
İşıqlan Kəbənin nurunda, könlümBu da bir fürsətdi,baxtına düşüb,
Peyğəmbərin hüznü(Bu, nübüvvətin 10-cu ilində baş verdi)“Ey dağl Mənim başıma gələn şey sənin başına gəlsəydi,
Poems by other poets · Nature and spring
Səninlə mən görüşəndə,Qolum doladım belinə.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
باغ و بستان را بسعی ابر کرد آباد بادصد هزاران آفرین حق بر ابر و باد باد
رسمَست هرکه داغ ِ جوان دید، دوستانرأفت برند حالت ِ آن داغ دیده را