(Ya Rəsulum1) Kitabda (Quranda) İbrahimidə yad et (onun hekayətini də ümmətinə söylə).Həqiqətən, o, büsbütün doğru danışan kimsə(siddiq) — bir peyğəmbər idi.(“Məryəm” surəsi, 41-ci ayə)

Onu dar ayaqdakim qoruyurdu, kim,Nəmrudun çatdığı ocaqdaniyə yanmadı Həzrəti İbrahim?Səhrada tufanlarqiyamət qopara,Qum dağı dəryatəkkükrəyə, qabara,Küləklər daraq çəkə,qumlar tufanla darana,Səhranın odu neyləyəsidiNəmrudun odundansağ-salamat qurtaranalEşqdən, sevgidəntutuldu halal maya,Bir peyğəmbərdənİki peyğəmbər nəsligəldi dünyayalİsmayılın nəsliHəzrəti Məhəmmədiyetişdirdi,İshaqın nəsliHəzrəti İsanılBiri məscidi Allah evi seçdi,biri kəlisanılAradan min illər keçdi,çox sular axdı aradan,Hökmünü verdi,işini gördü Yaradan...

Ayağımı yandırır qum,Qum kimi çöllərədağılır yuxum.Səhra qızmar od kimidir,üstündə gəzə bilmirəm,Yanıb, yanıb qovruluram,istiyə dözə bilmirəm.İbrahim, İsmayıl, Həcər,Bu atəşə necə dözüb? —Hey düşünüb-daşınıram,bir yana yoza bilmirəm.Allahın səbri böyükdü,dərd verən dərman da verir,Yox yerdən Zəmzəm çıxarır,sulara fərman da verir.Ata apardı oğuluAllaha qurban verməyə,Oğul müntəzir dayandıHaqq yolunda can verməyə.İbrahimi od yandırmır,İsmayılı bıçaq kəsmir,Peyğəmbəri yaradandavədə qaçmır, vaxt tələsmir.Nə yarağın hünəridi,nə silahın möcüzəsi,Daşı kəsən başı kəsmir,bu, Allahın möcüzəsilTək şeytana atılmırdıİbrahimin atdığı daş,Yerdə, göydə, Kainatdafırlanırdı yavaş-yavaş.

Şeytanlığa, iblisliyə,xəbisliyə atılırdı,Şər-böhtana, yamanlığa,hər pisliyə atılırdı.Şeytanlığın yaratdığıəməllərə atılırdı,Kökü çürük özüllərə,təməllərə atılırdı.Şeytanın bir qazancı var,o da ki, “Lənət şeytanal”Yurd-yuvası cəhənnəmdi,uzaqdı cənnət şeytana.Nəfsə qalib gələn kimiUlu Tanrı İbrahimiİbrahimxəlil eylədi,Sevdiyinə “dostum” dedi,Peyğəmbərlik vergisiniən böyük dəlil eylədi.İlahinin izni iləinsanlığa rəhbər olur,Haqqı İbrahimtək sevənHaqqa dost peyğəmbər olur.

Ağlayıram insanların,insanlığın gününə,Nəmrudu gətirirəmgözlərimin önünə.Nə qədər kiAdəmin yanındaİblis var,İbrahimin yanındaNəmrud var,Musanın yanındaFiron var,Rəsulullahın yanındaƏbu Cəhl var,Bu yalançı dünyadaƏbu Ləhəblərə tələb var,Möminin yanındamüşrik var,Müslümün yanındakafir var,Nə qədər ki, ürəklərdəqərəz var, kin-kifir var,Nə qədər ki, küfr üçünbu qədər təşnə, ac var,O qədər peyğəmbərətükənməz ehtiyac var.Heyif AdəməlHeyif NuhalHeyif İbrahiməlHeyif MusayalHeyif İsayalHeyif MəhəmmədəlliHeyif Allahın insana verdiyiEşqə, imana, məhəbbətəlİnsanlar insanlığıyaşada bilmədilər,Şeytana İbrahimtəkdaş ata bilmədilərlİbrahim bir dərs idialana,Bir kitab idioxuyana.Bir çiçək idi dərənə,Bir gül idi qoxuyanalAllahın dostuna.çevrilə bilərdi insan,Bütün günahlarıyer üzündən silərdi insan,Burnunun ucundan uzağıı görə bilsəydi,Ömrünü zülmətə yox,İşığa verə bilsəydilDünyaya nəfsinin, qarnının,Daş kəsən iştahının,Baş kəsən tamahınıngözüylə baxmasaydı,Şeytanın axıtdığısellərin qucağındaçöp kimi axmasaydı,Allaha dost olardı,Allah verən fürsətiəldən buraxmasaydıl

Yıxdıq sarayımızı,uçurduq damımızı,Şeytan tut qurusu kimialdı əlimizdən imanımızı.İndi qalmışıq deyinə-deyinə,İndi qalmışıq döyünə-döyünə.Həsrət qalmışıqcənnətin yerinə, göyünəlVaxtilə Allahıeşitmədi insan,İndi də insanıeşitmir Allah.Könlümüzcə gülmür dünya,istəyimizcə açılmır sabah.Yağış yağsa da,vaxtında yağmır,Günəş doğsa da,vaxtında doğmur.Yağış yağandakimin üzünə yağsın,Günəş doğandakimin üzünə doğsun?Bulanıb sular,tutulub havalar,Yıxılıb kümələr,dağılıb yuvalar.Kəsilmir qırğınlar,qurtarmır davalarlBal itirib ballığı,Süd itirib halallığı.Qar itirib ağlığı,Can itirib sağlığı,Su itirib saflığı.Ruh itirib şəffaflığı,Vicdan itirib təmizliyi,Nə çayın çaylığı qalıb,Nə dənizin dənizliyi.Suya zəhər qatdılar,Bala şəkər qatdılar.Bəndələr bir-birinialdılar, aldatdılarlBiri pulun gücünə,Biri silahın gücünəlBiri işin, vəzifənin,Biri tamahın gücünəlYaş yanağa süzüləndə,Ayaq yerdən üzüləndəÜmidimiz qaldı yenəqadir Allahın gücünə!/

Ey şeytanı güldürənlərlEy peyğəmbər öldürənlərlEy fəlakətə uğrayanlar)Ey Zəkəriyyəni BeytülmüqəddəsdəAğacqarışıq mişarladoğrayanlarlEy atasından bezib,anasından küsənlərlEy Fələstində bir qızın sözüyləYəhya peyğəmbərinbaşını kəsənlərlEy Lut peyğəmbəriöz evindən qovanlarlEy dəvəsini öldürüb,Salehin ürəyini ovanlarlEy ayaq açıbyeriyən yalanlar,Ey Yusifi quyuyasalanlarlEy öz əliylə öz evini yıxanlar,Ey buzova “Allah” deyib,Musaya qarşı çıxanlarlEy həqiqətin başındabostan əkənlər,Ey İsanıçarmıxa çəkənlərlEy pisliyi pisliyəcalaq edənlər,Ey Məhəmmədidaşqalaq edənlərlEtdiyiniz əməllər,tutduğunuz günahlarHamısı bircə-bircəözünüzə qayıdır, özünüzə,Allah baxmır, baxmadı,baxmayacaq sözünüzəlYalvarınlAnd içinlYaş tökünlƏyilinlDiz çökünlTövbə edinlTövbə qapısıaçıqdır AllahınlNuruna salam verinsabahınlƏl üzməyin həyatdan,“Bəndələr” bağlasa da,Heç vaxt bağlanan deyilAllah açan qapılar,Axtar, ey insan oğlu,nicat yolu tapılarl

Yaxşı işlər görməyətələsin,Növbə sizin,növbə sizin,növbə sizindirlBütün günahlardantəmizlənməyə,Allahın gözündəəzizlənməyə,Tövbə sizin,tövbə sizin,tövbə sizindirl

İbrahimin gücü çatmadı,Bəlkə, Məhəmməd qaytaraİnsafı qəlbinizə,İmanı ruhunuza.Bəlkə, rəhmi gələağrınıza, ahınıza,Məhəmmədin eşqinəKainatı yaradan AllahMəhəmmədin eşqinə,bəlkə, bağışladı sizi.Bəlkə, yenidən qaynadıSizin ucbatınızdanquruyanSevgi bulağılHəyat eşqilMərhəmət dənizi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love