Bahar oldu, bahar oldu
Dağ döşündə qar əridi, suya döndü, düzə çıxdı,Bənövşələr baş qaldırdı, torpaq altdan üzə çıxdı.Sarı bülbül qəfəsindən oxtək süzə-süzə çıxdı,Bəzəndi dağların hüsnü, bahar oldu, bahar oldu.
Könül mülkü qanadlandı, bəm havalar zilə düşdü,Boz aranın, göy yaylağın mahnıları dilə düşdü.Qayaların damarından sular gilə-gilə düşdü,Cilvələndi tər çiçəklər, bahar oldu, bahar oldu.
Qızıl Günəş öz nurunu ürəklərə taxdı gəldi,Sonalar qıy vura-vura mavi gölə axdı gəldi.Şair könlüm, pərvaz eylə, ucalmağın vaxtı gəldi,Çiçəkləndi dağ, dərə, düz, bahar oldu, bahar oldu.
1968, 2 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bahar-oldu-bahar-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
عشق می گوید: بگو و عقل می گوید: خموش!
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
DağlarınƏmimoğlu, bu naməni unutma,Yaman artıb kef-damağı dağların.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,