Getmərəm
Su içmişəm bulağından dağların,Bulaq olub süzülməmiş getmərəm.Yazın xeyli həsrətini çəkmişəm,İntizardan üzülməmiş getmərəm.
Gözüm qalıb naxışında, zehnində,Dayanmışam küləyində, mehində,Qoy islanım yağışında, şehində,Dolusunda əzilməmiş getmərəm.
Vurulmuşam şimşəklərin oynuna,Sığınmışam çəmənlərin qoynuna.Misralarım çiçəklərin boynuna,Muncuq kimi düzülməmiş getmərəm.
Aran anam, yaylaq bacım, dağ atam,Gərək hər gün şirə çəkəm, tağ atam.Şeirim olub düzə ləzzət, dağa tam,Bu yerlərə yazılmamış getmərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-getmerem
Use ← → keys to move, R for a random poem
More by this author
Çək şirin nazını bu ağacların,Açsın çiçəyini, bar versin sənə.
QarışqaBir dırnaq toxunsa, üzülə bilər,Bir barmaq toxunsa, əzilə bilər.
Gərək o günlərdən ayrılmayaydıqİndi çalxanmışıq nehrələr kimi,İndi tozlanmışıq səhralar kimi,
ÇəkərsinizArılar, gül mənəm, qonun üstümə,Məndən nə çəksəniz saf çəkərsiniz.
Poems by other poets · Separation
رو بنما، ای مه فرخنده فال
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Aldım qələmi namə yazam, yarə könüldənAldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
Gizlətmə gözünü, gözünə qurbanGizlətmə gözünü, gözünə qurban,Ürək görünməyir göz gizlənəndə,