Çək şirin nazını bu ağacların,Açsın çiçəyini, bar versin sənə.İpək yarpaqların, yaşıl saçların,Sərin kölgəsində yer versin sənə.

Ağaca Allahın özü kimi bax,Barlı budaqlardan pay versin sənə.Yaşıl duyğulardan yaşıl qanad tax,Ağac özü kimi boy versin sənə.

Kim daşa tapınır, kimi torpağa,Ağac Allahına tapınan mənəm.Ruhumu verdiyim müqəddəs bağa,Gözəllər şahına tapınan mənəm.

2001, 3 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love