Doğuluş
Anadan doğulmaq bir hünər deyil,Ömrü ömür kimi yaşamaq üçünŞirin bayatıdan, həzin layladan,Beşikdən, bələkdən doğulmalısan.Yerdə qasırğadan, göydə buluddan,Buludda şimşəkdən doğulmalısan.Gülün dodağından, göyün üzündənSüzülən ətirdən doğulmalısan.Bir sözdən oyanıb silkələnməli,Kəlmədən, sətirdən doğulmalısan.Təkcə anasından doğulmur insan,Doğma ana kimi əzizlədiyi,Nəfəsdən doğulur, ruhdan doğulur.Dahilər doğulur, dərdlər içində,Çəkdiyi ağrıdan, ahdan doğulur.Xalqın ürəyində, elin gözündə,Gül kimi bitəndə doğulur insan.Cahillik ölümdü, alimlik həyat,Kamala yetəndə doğulur insan.Arzular eşqinə insan oğlunun,Zirvə olmağı var, dağ olmağı var.Həyata ölməzlik gətirənlərin,Ölümdən sonra da doğulmağı var.
2001, 10 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dogulus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Ağ çiçəklər səpilmişdi üstə çəmənin,Elə bildim buludlardan torpaq süd əmmiş.
Dalğalar qabarmışXatirət dəftərindən*Dalğalar qabarmış, açılmış güllər,
Ağ bənövşəBahar, səndə nə adətdir,Göy çəməndə mor bənövşə bitirirsən.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.