İlhamlı anlarım gəlib çatanda,İlhamsız anlarım aradan çıxır.Qarşımda ağ varaq, qara mürəkkəb,Qismətim ağ ilə qaradan çıxır.

Sevinc naz eyləyər, çəkilər döşə,Qəm yemək şairə əbədi peşə.Yol gəlir ürəyi söz deşə-deşə,Elə bil tikandı, yaradan çıxır.

Könül bir alovdu, şair ömrü şam,Təzə bir əsərdi, hər gələn axşam,Hər qələm tutanda haqqı çağırram,Qarşıma həmişə Yaradan çıxır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets