Ölmədən öncə ölmək
Dilimi danışan dillərə,Gözümü baxan gözlərə,Ayağımı yeriyən ayaqlara,Əlimi yaradan əllərə,Qəlbimi xeyirxah əməllərə,Təhvil veribMənə verilən ömrüParça-parça, tikə-tikə,Buğum-buğum, damar-damarbölmək istəyirəm,Ölmədən öncə ölmək istəyirəm.
Yerli-yersiz çəkdiyimamanları, ahları,Doluya da, boşa datutduğum günahları,Nəfsin toruna düşübelədiyim işləri,Qumartək alışdığımamansız vərdişləri,Yersiz hərəkətləri,faydasız gərdişləriMəni canavar kimidağıdan tamahları,Şahmat taxtalarındaoynatdığım şahları,Adam yerinə qoyubsürüdüyüm leşləri,Parıltıya aldanıbatdığım şeş-beşləri,Dırnağım boyda olubMəni yerdən oynadanCütlədiyim zərləri,Ruh adlı, könül adlıYıxdığım qalaları,yaxdığım şəhərləri,Dərindən dərk edəndə,Özüm öz halıma doyunca ağlamaq,Doyunca gülmək istəyirəm,Ölmədən öncə ölmək istəyirəm.
Töküb yarpaqlarımıpayız olmaq istəyirəm,Çəkilib tənhalığayalqız olmaq istəyirəm.Görüm açılandan sonrasolmaq necədir,Görüm gurultusu qulaqbatıranYığıncaqlardan sonraFələklə baş-başaqalmaq necədir.Fələk məni ən ağır dərdətuş eləsin,Məni içənlər şərab kimi yox,dərd kimi nuş eləsin.Görüm dözə bilərəmmiən ağır dərdə,Görüm savaş aça bilərəmmidərd adlı namərdə.Yatıb oyanmaq,Xəstələnib sağalmaq,Ölüb dirilməkistəyirəm.Min dəfə yığılıb,Min dəfə gərilməkistəyirəm.Min dəfə açılıb,Min dəfə solub,Min dəfə bar veribdərilmək istəyirəm.Gedib, bu dünyayatəzədən gəlmək istəyirəm,Ölmədən öncə ölmək istəyirəm.
Ey ulu MövlanalSəni daha dərindənduymaq üçün,Qara torpağın üstünəQara başımı rahatqoymaq üçün,Odlu ehtiraslardanqaçıb soyumaq üçün,İlahi duyğuların ipək yumşaqlığındarahat uyumaq üçün,Peyğəmbər buyruğutək,Ölmədən öncəölmək istəyirəm.Ölmədən öncə ölmək —Bu uca bəxtəvərlikhamıya qismət olmur.Kimə qismət olursa,O, Allahın yanındaheç vaxt xəcalət olmur.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olmeden-once-olmek
Use ← → keys to move, R for a random poem
More by this author
Yurdunu-yuvasını itirən şair dostlarımaQeyrətim, qəzəbin qılıncını çək,
Döyüşdədir AzərbaycanDöyüş, ay eloğlu, döyüş,Bircə qarış torpaq üçün,
Vətən yaxşıdıXəstə göndərməyin qürbət ellərə,Xəstəni əcəl yox, qürbət öldürür.
Köksüz ağacQürbətə salmasın Allah adamı,Qürbət axırına çıxır adamın.