Dindirə
Mənim bu yerimdə bir Günəş doğa,Əridə atəşi, qarı dindirə.Güllərin gözündən bir öpüş ala,İncə çiçəkləri arı dindirə.
Eşqimin başında duman olmaya,Bir də ayrılığa güman olmaya,Arada-bərədə yaman olmaya,Nola, Yaxşısını Sarı dindirə.
Çəkilə qapımdan qışın ayazı,Dərinlər batıra eşqi, dayazı.Habil kamançanı, Kamandar sazı,Əhsən asta-asta tarı dindirə.
Qəlbə sevinc adlı bircə yol gələ,Dolana boynuma, qoşa qol gələ,Budaqlar sallana, payız bol gələ,Bağbanı bağların barı dindirə.
Zəlimxan, həsrətin ömrü az ola,Saz şahlıq eyləyə, aşıq saz ola,Yerlə göy birləşə, bir avaz ola,Bəlkə küsdürdüyün yarı dindirə.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dindire
Use ← → keys to move, R for a random poem
More by this author
Ən böyük təbiəti Allah insana verdi,Uca-uca zirvələr ucalan başımızdı.
Qaytar aldıqlarınıMən bir kənd adamıyam, sığmıram şəhərlərə,Allahım, qaytar məni, geniş düzlərə qaytar.
Bir köhlən at mindim QarabulaqdaQarlı Başkeçidin göy yaylaqları,Çəkdi xəyalımı dağlara sarı.
Sarıbaş kəndiBu kənd haqqında çox eşitmişdim. Axır ki, bu yeri ziyarət*elə mək mənə də nəsib oldu. Rəşid Behbudovun, İsmayıl Şıxlının,*
Poems by other poets · Nature and spring
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
NaməniQəriblikdə qəmxarımsan, əzizim,Yetirərsən bir də dosta naməni.
Vətən deməkdənDüzlər bahar fəsli al geyinəndəSözlər öz-özünə axır ürəkdən.
VətənMən dərmişəm bənövşəni, nərgizini bahar çağı,Mən görmüşəm sinəndəki laləzarı, buz bulağı