Qaytar aldıqlarını
Mən bir kənd adamıyam, sığmıram şəhərlərə,Allahım, qaytar məni, geniş düzlərə qaytar.Gecələr ulduz dərim göylərin yaxasından,Dan yerinə qovuşdur, saf gündüzlərə qaytar.
Dünyaya quru gələn, dünyadan quru getdi,Uğursuz ömürlərin əldən uğuru getdi.Asfalt döşəmələrdə gözümün nuru getdi,Şehdən düşən işığı sönən gözlərə qaytar.
İllər əldən çıxanda yellərdən yeyin gedir,Çaxnaşmalar içində baş gedir, beyin gedir.Tanrı, nə itirirsən, mayadan nəyin gedir?İşıqlı çöhrələri solmuş üzlərə qaytar.
Düşüb ömrün axşamı, səhər gedib, dan gedib,Qandakı təpər gedib, damardakı qan gedib.Hər dəfə dərd gələndə canımızdan can gedib,Qaytar gücü, qüvvəti, heysiz dizlərə qaytar.
Gör nə tez başa çatdı tamaşamız, seyrimiz,Üstümüzü qar aldı, isinməmiş yerimiz.Yox, deyəsən, səninlə baş tutmur alverimiz,Qaytar aldıqlarını, qaytar bizlərə qaytar.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qaytar-aldiqlarini
Use ← → keys to move, R for a random poem
More by this author
Meydan bizim, şəhər bizim, yurd bizim,Biz nə küncdə, nə bucaqda görüşdük.
Qan damlatsan, can bitərİstanbulda bizi – bir qrup Azərbaycan ziyalısını “Zaman”*qəzetinin redaksiyasına dəvət etmişdilər. Xalqımızın, torpa -*
GöyqurşağıGözüm gördü, könlüm sevdi, vuruldu,Taxtım-tacım göy üzündə quruldu.
Məkkə yoluBu yol Məkkə yoludu,Bu yol şərəf-şan yolu.