Təbiət – insan
Ən böyük təbiəti Allah insana verdi,Uca-uca zirvələr ucalan başımızdı.Alın qırışlarında tale yazıları var,Qat-qat olan qayalar çatılan qaşımızdı.
Qarşı yatan dağları mehvərindən laxladıb,Zaman nə dağlar basıb, nə sinələr dağladıb.Tanrı tarixlər boyu çox analar ağladıb,Yağan yağışlar deyil, tökülən yaşımızdı.
Ovlarımız ovlanıb, quşlarımız quşlanıb,Bağrımızın başına qanlı oxlar tuşlanıb.Xırmanımız döyülüb, torpağımız xışlanıb,Gördüyümüz nə varsa, canlı yaddaşımızdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tebiet-insan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Aşıq Yığbal*Kəndinə aşığam deyən,
QışBir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
Ya ƏliBey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.
Cana, üzündəki o iki mahitabə bax!Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!