Uyumaq istədim, gəlmədi yuxum,Yatmağım xoruzun banına çəkər.Axşamdan getdisə, gəlməz rahatlıq,Vaxtın səhərinə, danına çəkər.

Yuxu məndən qaçar bir nazlı qıztək,Solar duyğularım solğun payıztək.Bu qara gecələr qara kağıztək,Məni qətrə-qətrə canına çəkər.

Döndərər dövrü də, çarxı da ölüm,Ölümdə qorxu var, qorxuda ölüm.Hər dəfə gələndə yuxuda ölüm,Ruhumu bir qəbrin yanına çəkər.

2001, 23 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death