Çiyində bir tabut getdi,Tabutda bir sükut getdi.Sükutda bir umut getdi,Karvanım, köçüm ağladı.

Su batdı, arxım yasdadı,Çevrilən çarxım yasdadı,Yeddimlə, qırxım yasdadı,Ağladı, üçüm ağladı.

Dözəmmədi haqq-hesaba,Varlığım döndü əzaba.Əli çatmadı savaba,Günahım, suçum ağladı.

Ahımdan dağ-daş qaynadı,Ayaq yandı, baş qaynadı,Gözlərimdə yaş qaynadı,Başımda saçım ağladı.

2001, 27 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets