Yazıq Vətən
Nə zaman ki, bir tədbirə başlayırsan,Nə zaman ki, bir şadlığın, toyun olur,Hamı öpür, qucaqlayır bir-birini,Ortalıqda bir şıdırğı oyun olur.Yallı gedir, yaylıq tutur, rəqs eyləyir,Deyirsən ki, Allah, şükür, birləşirik,Bu millətin hamısı qol-boyun olur.Nə zaman ki, döyüş sözü gəlir dilə,Nə zaman ki, Vətən sözü gəlir dilə,Bayaq toyda qoç olan kəsqəfil dönür birdən-birə,Sabir demiş, keçi olur,quzu olur, qoyun olur.Yazıq millət, yazıq Vətən,Sabah ondan törəyən dəDönür bir gün sənin əslin,sənin nəslin, soyun olur.
2001, 12 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yaziq-veten
Use ← → keys to move, R for a random poem