Könlümü
Təbiətlə tutdu sözüm, söhbətim,Verdim yaşıl yaylasına könlümü.Ana qartal məndən ürək istədi,Bağışladım balasına könlümü.
Taleyimin naxışıdı, xalıdı,Ana torpaq istəyimdən halıdı.Vətən yurdu bir bəzəkli xalıdı,İlmə bildim xalısına könlümü.
Arzularım neçə mənzil haqladı,Bulaq kimi göz-göz oldu, çağladı.Dodaqaltı zümzümələr bağladı,Anaların laylasına könlümü.
Sirdaş olub mənə dağ da, aran da,Bərkimişəm qar-yağışda, boranda.Yeri gəlsə, döndərərəm bir andaBu torpağın qalasına könlümü.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-konlumu
Use ← → keys to move, R for a random poem
More by this author
Gəl gözüm işığı, gəl gözüm nuru,Dilim qabar oldu “göz” deyə-deyə.
Mən sənin qəlbinə necə yol tapımGəl mənim ömrümün şirin dünyası,Məhəbbət adlanan pirin dünyası,
Bir qız gözlərində Günəş doğurduDuyğular qəlbinə düşüb dən kimi,Sevgi çiçəkləri əkirdi bir qız.
Salam, yaşıl ağac!Sulusan, hələ ki, su var canında,Salam, yaşıl ağac, yaşılım ağac!