Yaz ötüb, payız keçib,Atamı qışda gördüm.Vədəsiz yağan qarı,Kirpikdə, qaşda gördüm.

Gözü çəndə, dumanda,Dili ahda, amanda.Ömrü axır zamanda,Könlü təlaşda gördüm.

Aylar niyə tələsdi,İllərin nəydi qəsdi?!Əllər titrədi, əsdi,Günahı yaşda gördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets