Dərya kimi çalxanır Bakı qanlar içində,Qasırğalar qaynaşır sərt tufanlar içində.Millət tanıya bilmir şəri, naxələfləri,Allah da aça bilmir dolaşan kələfləri.Allahı da çaşdırıbAllahsız olanların fəndi-feli, düyünü,Yatıran oğul gərək zamanın hay-küyünü.Dizi heydən üzülüb,Əli göydən üzülüb,Millət bilmir neyləsin, dərdin kimə söyləsin?Kimə tutsun üzünü,Kimə desin sözünü.Kimdən umsun haqqını?Kim yerbəyer eləsinQocaman bir millətin haqqını, nahaqqını?lHər daş altda bir fitil, hər dağ altda bir lağım,Məmləkət min yerindən dağılır dağım-dağım.Hərə bir yana dartır, hərə bir yana çəkir,Biri Talışa dartır, bir Muğana çəkir.Dağılır Nizaminin, Cavad xanın Gəncəsi,Qardaşı rüsvay edir qardaşın işgəncəsi.Azərbaycan can verir ölümcül bir can kimi,Yapışır boğazından xəyanətin pəncəsi.Qızışdırır başları vəzifənin havası,Gündə bir ev dağıdır kürsülərin davası.Gündə bir şəhər keçir erməninin əlinə,Nə uşağa hay çatır, nə qıza, nə gəlinə.Qarabağ bir tərəfdən hey alına-alınaDönür yağı malına.Dava gedir Bakıda, qızışır ehtiraslar,Qarışır bir-birinə intiqamlar, qisaslar.

Bakıda dava gedir, şan-şöhrətin davası,Rəsmilərin hay-küyü, rəsmiyyətin davası.Beş-on prezidenti var, beş-altı baş naziri,Balaca bir dövlətin...Di gəl, bircə başçısı başbiləni, başı yoxBu boyda məmləkətin.Döyüş gedir Bakıda — kor döyüşü, davası,Qızışdırır başları kürsü, stol havası.Qorxur vəzifəbazlarBütün vəzifələrdən yüksəklərdə dayananBir kişinin adından.Uça bilməsin deyəYapışmaq istəyirlər uçağın qanadından.Biri deyir gətirək, biri deyir gəlməsin,Biri deyir batıraq, heç səsi yüksəlməsin.Acı bağırsaq kimi, uzandıqca uzanır.Xalqın dərdə tuş günüBaşbiləni yoxdursa,Sərkərdəsi yoxdursa,Yoxdu xalqın, millətin əsl Qurtuluş günülSon hökmü zaman verir,Azərbaycan dövlətiTarixlər qarşısında ağır imtahan verir.

Onu çıxarmaq üçün bu ağır imtahandan,Gəlir, o qüdrət gəlirlDözüm, qətiyyət gəlirlAdını eşidəndə millət qalxır ayağa,Gözə işıq, cana od, qəlbə cəsarət gəlirlRuhunda bir zəlzələ, canında qeyrət gəlirlAğır döyüşlər üçün sinəsi sipər olur,Sərhədlər qorumağa kirpiyi çəpər olurlBu gəlişi hiss edibDaş da qalxır ayağa, dağ da qalxır ayağa,Qarışır bir-birinə iqtidar-müxalifət,Sol da yerindən durur, sağ da qalxır ayağalŞux yeriyir, şax durur, mərd dayanır, sərt baxır,O gəldiyi yollara neçə ümid boylanır,Neçə ağır dərd baxır.Bir qüdrətli əl gəlib, silib-süpürməsəydibu qaragüruhları,Daşaltıda, Şuşada, Xocalıda, LaçındaŞəhid olanlarımın kiriməzdi ruhları.Düşünəndə adamın biz-biz olur tükləri,Kəlbəcər yox, Göyçə yox, Qarabağ yox, Şuşa yox,Göyüm-göyüm göynəyirƏləsgərin, Vaqifin, Nəvvabın sümükləri?Ey insan haqlarına dəm tutub, dəm verənlər,Dərdə salıb milləti, bu xalqa qəm verənlər,İnsan haqları deyib, bağıran təşkilatlar,Dünyanı həqiqətə çağıran təşkilatlar,Niyə qorumadınız bir millətin haqqını?Niyə bizə gələndə kar oldu bu dünyanıneşidən qulaqları?Budur insan haqları?Gözlərimdən qan damır, əsəbiyəm, gərginəm,Öz evimin içində qaçqınam, didərginəm.Çadırlardı beşiyim, çadırlardı məzarım,Harda bina qurmuşam, hara düşüb güzarım?Qoca Şərqin köksündə qocaman bir ağacınBaltalanır gövdəsi, doğranır budaqları.Budur insan haqları?Niyə mənim fəryadımYandırmır yaxınları, göynətmir uzaqları,Budur insan haqları?İndi gecəbəgündüz dolaşıb ayağına,Təpə ağıl öyrədir siyasətin dağına.Böyük-kiçik bilinmir, bilinmir böyük-kiçik,Kimdi böyük bilinmir, yerini bilmir kiçik.Siyasət dədəsinə durub ağıl öyrədir,Siyasət uşaqları,Budur insan haqları?

Mənim millət haqqımı,Mənim dövlət haqqımı,Gəlir, qaytaran kişilDəmir, polad sinəsiFırtınalar, tufanlar, cəbhələr yaran kişilQuş qəfəsdən qurtulurlCan məhbəsdən qurtulurlDövrün, zamanın canıQaç, atım basdılardan, kəshakəsdən qurtulurlYaraqlılar dəstəsi yarağını saxlayır,Kürəyə bıçaq vuran bıçağını saxlayır,Xainlərə tuş gələn xəyanətdən qurtulurÜrəkləri göynədən bu qanlı səhnələrəBaxıb, xəcil olanlar xəcalətdən qurtulurlKiməsə atmaq üçün ətəyə daş yığanlarTökür ətəkdən daşı, ətək daşdan qurtulur,Ürəklər intizardan, gözlər yaşdan qurtulurlƏn uca kürssülərə gərir öz sinəsini,Yavaş-yavaş qaldırır öz xalqının səsini.Əli qalxır göylərə, yumruq yarır havanı,Silkələyir qəzəbi döşəməni, tavanılTəklif nə qədər ağır, tələb nə qədər çətin,Tələb edir haqqını əzilən bir millətin.Qoy, səsi guruldasın bu gün altı qitədə,Odur məndən ötəri ATƏT də, BMT dəlGəlib, o kişi gəliblXalqın xeyrinə sarı çərxin gərdişi gəliblMillətinə, xalqına birləş deyir, qalx deyirlÖz haqqına güvənir, haqq danışır, haqq deyirlƏlli milyona çatmış Azərbaycan dünyası“Qurtuluş nəğməsi”ni oxuyur bir himn kimi,Bir səslə, bir avazla “Heydərl” — deyir, “xalq” — deyir.Ən böyük qurtuluşu millətə qaytarmağa,Birləş, ey qoca millət, ayağa dur, qalxl — deyirl1l1997, aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland