Bu gün mənim ürəyim Azərbaycan boydadır,Ürəyim Azərbaycan bütün cahan boydadırlElə hey daş atırlar qəlbimin aynasına,Elə hey çalışırlar daş dəyə, ayna sına.Elə hey çalışırlar varlığıma qəsd ola,Könlüm uça, dağıla, mənliyim şikəst olalUğrunda illər boyu sərt qayalar çapdığım,Qanımın bahasına qazandığım, tapdığım,Azadlıq dediyimiz ən müqəddəs neməti,Əqidəni, inamı, hünəri, cəsarəti,Zərin, zorun gücünə əlimdən almaq üçün,Ucalan bir bayrağı ayağa salmaq üçün,Ölən var, sıxılan var,Yanan var, yaxılan varlYadların ayağına çul kimi döşənən var,Qul kimi yıxılan varlBu boyda məmləkəti daşıynan, qayasıynan,Minillik tarixiynən, minillik mayasıynanYağlı bir vəzifəyə sərvət kimi satan var,Nə qədər quldur, qaçaq, nə qədər şarlatan varlDinini də satar o — tək vəzifə ver onalDonunu da satar o — tək vəzifə ver onalTorpaq satdı doymadı, meşə satdı, doymadı,Laçın satdı doymadı, Şuşa satdı, doymadılSilah satdı, doymadı, sursat satdı, doymadı,Diri satdı, doymadı, ölü satdı, doymadı,Bir “malades” sözünə eli satdı, doymadı,Millətin düşmənləri indi də millət satırlDövlətin düşmənləri indi də dövlət satırlSatır, elə bilir ki, yad ona yağ-bal verir,Verən yaxşı bilir ki, yad itinə yal verirlSaz bir boğazdan ötrü, tox bir qarından ötrü,Dünyanı gözdən salan dünya varından ötrüSatır vətənini, elini satır,Ağzından çıxarıb dilini satır.Satır torpağını yağıya, yada,Satır anasını, bacısını dalBeləcə satılıb min illər boyu,Dağdan ucalığım, bağdan dirliyim.Belə parçalanıb, belə bölünüb,Mənim bütövlüyüm, mənim birliyimlKimdi bulandıran axar suları?Bulanan çeşmələr durulmalıdılSatqına məhkəmə otlaqlarda yox,Geniş meydanlarda qurulmalıdırlArxadan kürəyə vurulan bıçaq,Sinəyə sancılan ox daha bəsdilPiylilər, harınlar, yekəqarınlarNə qədər oldusa tox, daha bəsdilÇuval ağızları, xurcun gözləri,Qazan mədənləri doydurmaq olmur.Bir loxma çörəklə gün keçirən var,Boylu gədələri doydurmaq olmur.Millətə tutulan təxribatlarınTəxtini bir yolluq devirməliyiklSatqının himini kökündən qazıb,Altını üstünə çevirməliyiklVətəndaş vətənin görən gözləri,Əsgər səngərində gərək yatmasın.Vuruşma dayanıb, döyüş səngiyib,Sakitlik heç kəsi qoy aldatmasınlSoyuq çadırlarda donur körpələr,Qaçqınlar hələ də amanda, ahda.Ən güclü, ən kəskin mübarizəmiz,Hələ qarşıdadı, hələ sabahdalAzadlıq ən uca sözdü həyatda,Onu az düşünüb, az anmamışıq.

Biz onu zamanın əlindən aldıq,Kiməsə verməyə qazanmamışıqlBəli, mən azadlığı,Heç kəsdən almamışam sovqat kimi, pay kimi.Mənim müstəqilliyim —Mənim ən böyük arzum, ən ulu niyyətimdi.Doxsanın yanvarında axan qızıl qanımdı,Əqidəm, məsləkimdi, dinimdi, imanımdılNeçə arzular yorub, neçə sular yarmışam,Mən onu əfdahanın ağzından çıxarmışamlEy nəfsi, iştahası ə)dahaya dönənlər,Ağzını açan kimi bayquş kimi dinənlər,Aydındı hər bir kəsə əməliniz, işiniz,Yeddi başınız olsa, qırılacaq dişinizlYeddi canınız olsa, dağılacaq leşinizlYeddi yerə söykənib, yeddi dayaq tapsanız,Yeddi başa güvənib, yeddi ayaq tapsanız,Cəsarətin əliylə kəsiləcək ayaqlarlHəqiqətin gücüylə sökülüb töküləcək,Kökü çoxdan çürümüş ətrafı boş dayaqlar1lDünyanın ən bahalı sərvətindən, zərindən,Ləlindən, daş-qaşından, ən böyük gövhərindən,Mənim müstəqilliyim min-min dəfə bahadılDönüş yoxdu geriyə, üzümüz sabahadılƏgər sən doğrudan da millətin oğlusansa,Ruhunla, varlığınla torpağa bağlısansa,Çıxart ürəyindəki kini, dedi-qodunu,Böyük diləklərə ver ürəyinin odunulSevgini, istəyini torpağa ver, daşa ver,Qoşuna, sərkərdəyə, başçıya ver, başa verlDemə ki, bu torpağın sahibi, yiyəsi yox,Demə kəsmir qılıncım, sapı var, tiyəsi yox.Bu millətin başında başçı da var, baş da var,Vətənə sahib olan əsl Vətəndaş da varlNə baxışda xəyanət, nə ürəkdə kin olsun,Təki görməyə gözün, duymağa qəlbin olsunlKim bu xalqın önündə getməyi bacarırsa,Tilsimləri sındırır, tufanları yarırsa,Ən qorxulu nöqtəyə kişi kimi gedirsə,Ən ağrılı yerlərə igid kimi varırsa,Kişi odur, mərd odurlOnun tərəfində dur!

Millət kimin eşqinə dəniztək qabarırsa,Xəyanətin başında tufanlar qoparırsa,Kim xalqı bayraq kimi üfüqlərə qaldırıb,Kim xalqı qoşun kimi ardınca aparırsa,Qaya odur, sərt odurlOnun tərəfində dur!

Kim topları susdurur ağlıyla, əsəriylə,Kim qanı dayandırır sözünün kəsəriylə,Kim xalqa dərədən yox, zirvələrdən baxırsa,Yağıların başında şimşək kimi çaxırsa,Dünyanın hər yerinəAzərbaycan xalqının qanadını açırsa,Onu görən düşmənin rəngi, ruhu qaçırsa,Haqlı odur, haqq odurlHaqqın tərəfində dur!

Ey mənim müdrik xalqım,ey qəhrəman millətimlEy yeraltı xəzinəm, ey yerüstü sərvətimlDaş daşa söykənəndə çevrilib divar olur,Dağ dağa söykənəndə zaman-zaman var olurlEl elə güvənəndə yurdu basılmaz olur,Əl ələ güvənəndə güllər açır, yaz olurlMənim bu dediklərim tərsinə çevriləndə,Xoşbəxtliyin sarayı uçanda, devriləndə,Vətən də yalqız olur, millət də yalqız olurlVətən də yazıq olur, millət də yazıq olurlŞər özünü yormasın, bu qüdrət tutmaz ləkə,Nə bu millət kölədi, nə torpaq müstəmləkəlBayraq azadlığım var, başım üstə yellənirlTorpaq azadlığım var,Dağları zirvələnər, düzləri sünbüllənərlTorpaq azad olanda çiçəklənər, güllənərlDəniz azad olanda hey qabarar, çəkilər,Çeşmə azad olanda aşar, daşar, sellənərlİnsan azad olanda duyğuları tellənərlTellən, bayrağım mənim!Güllən, torpağım mənim!Oxu, dodağım mənimlilAlış, ocağım məniml!İstiqlal havasını, xoşbəxtlik nəğməsiniÜrəkdə yanan işıq, damarda qan oxusunlÖlməz Əhməd Cavadın “Azərbaycan” şeirini,Ölməz Səməd Vurğunun “Azərbaycan” şeirini,Azərbaycan oxusunl1l

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland