Tanrının üzü kimi
Dumduruyam, dumduru,Bulağın gözü kimi.Əritmişəm həsrətiDağların buzu kimi.Duyğular ürəyimdəBəslənir quzu kimi.Dadlıyam, bu dünyanınÇörəyi, duzu kimi.Doğulmuşam yerin eşqi,Göyün ulduzu kimi.Üz-gözüm işıqlanıbTanrının üzü kimi.
Yalta, 2010, 21 iyun
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tanrinin-uzu-kimi
Use ← → keys to move, R for a random poem