Sönən ocaqları alovlamağa,Başsız küləkləri cilovlamağa,Yatan taleləri oyandırmağa,Qardaş qırğınını dayandırmağa,Kini, küdurəti yığışdırmağa,Min qəlbi bir cana sığışdırmağa,Qidasız ruhlara qida verməyə,Üşüyən əlləri oda verməyə,Xalqı xatalardan sovuşdurmağa,Yerləri göylərə qovuşdurmağaAllah səni seçdi, səni bəyəndi,Gözündən qoymadı bircə an səni,Göylərdən göndərdi Yaradan sənil

Bağlanan qolları açmaqdan ötrü,Nuru könüllərə saçmaqdan ötrü,Paslı qıfılları sındırmaq üçün,Ümid çırağını yandırmaq üçün,Buludun torpağa yağışı kimi,Günəşin üfüqdən doğuşu kimi,Yanan ürəklərə sərinlik kimi,Acı talelərə şirinlik kimi,Xəyala ucalıq, fikrə genişlik,Ağla, düşüncəyə dərinlik kimi,Xalq üçün həmişə oyaq olmağa,Yıxılan dağlara dayaq olmağa,Gördü gücü çatmır yerdəkilərin —Gördü hava sərtdi, uçurum dərin,Bildi dərdlilərə bir dərman səni,Göylərdən göndərdi Yaradan sənil

Yoxsa başbiləni, qədirbiləni,El rahat yaşamır, can rahat olmur.Ocaq alışmasa, təndir qızmasa,Xoş gün, xoş güzəran, xoş saat olmur.Hər kəs öz yerini tanımayandaİnsanın həyatı bir həyat olmur.Dövləti yoxdursa, millət də yoxdu,Dövlətdən, millətdən uzaq olanaYer olmur, göy olmur, kainat olmur.Günəşi, ulduzu, Ayı yerində,Gəldin ömrümüzə bir həyat kimi.

Əqrəbi qırılan, çarxı paslanan,Yerində dayanan vaxtı, zamanıQurdun əllərinlə bir saat kimi.Hər şey nizamlandı, sahmana düşdüYer kimi, göy kimi, kainat kimi.Basdı öz bağrına bu cahan səni,Göylərdən göndərdi Yaradan sənil

Atanın adında iki isim var,Biri Əlidirsə, biri Rzadı.Haqqı sevənlərin, sevilənlərinÖnündə açılan geniş fəzadı.Səni duyanların haqqı məhəbbət,Səni dananların payı cəzadı.Əgər sən varsansa bu yer üzündə,Bütün arzuların üzü bahara,Bütün istəklərin üzü yazadı.İnandı gücünə, məhəbbətinə,İnandı Allaha sədaqətinə,Seçmədi bu ali sıradan səni,Peyğəmbər sifətli bir insan kimi,Göylərdən göndərdi Yaradan sənil

Yerin səddi də var, sərhədi də var,Sonsuz üfüqlərin ölçüsü yoxdur.Hələ ki Allahın bu yer üzündəPeyğəmbərdən sonra elçisi yoxdur.Hər kimi peyğəmbər seçirsə Allah,Ağrını, əzabı ona göndərir.Dünyanı nizama salmaqdan ötrü,Müqəddəs kitabı ona göndərir.Kəsəndə qarşını ağır suallar,Ən dürüst cavabı ona göndərir.Sözə baxmayanda qövmü, tayfası,Dərdi, iztirabı ona göndərir.

Yolunu azanda insan övladıÇəkilməz bu dərdlər, bu yüklər olur,Cılızlar dolaşır ələ, ayağa,Böyük dərdi çəkən böyüklər olur.Sayı çoxalanda ağır yasların,Gözləri qızanda ehtirasların,Suyun qabağını kəsəndə yağı,Yerdən üzüləndə haqqın ayağı,Gözləri sel kimi yaş aparanda,İnsan vəhşiləşib baş aparanda,Ürəyi dəmirlər qan axıdanda,Oğula, uşağa, gəncə baxmayıb,Yezidlər, şümürlər qan axıdanda,Gəldi, bu millətə yazığı gəldi,Dedi “qoy tanısın bu cahan səni”,Göylərdən göndərdi Yaradan sənil2007, 5 yanvar-23 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love