Onsuz da ucalardanucada durur adı,Yazsam da, yazmasam dabilir vətən övladı.Mən öz borcumu verdimmənə qiymət verənə,Ruhuma sığal çəkib,sözə zinət verənə.Keçirdim hər kəlməniürəyimin qanından,Burda da dada çatdı,Məni özü çıxartdısözün imtahanından.Mənim ayaq basdığımmübarək bir astana,Səksən illik bir ömrüçevir dedi dastana.Elə bir dastana ki,Ustadnamə yerində,Vücudnamə yerində,Qıfilbəndi yerində,Müxəmməsi yerində,Zili, bəmi, avazı,Enən səsi yerində,Qalxan səsi yerindəlElə bir dastana ki,Onun deyiş meydanı,Onun döyüş meydanı,Hərbəsi-zorbası var,Qəfil gələn hücumu,sərt olan zərbəsi var.O, bir “Ustadnamə”di,hər kəlməsi həqiqət,O, bir “Vücudnamə”di,başdan-başa təbiət.O, bir qıfilbənddi ki,Nə qədər açılsa da,Ömrün hər dönəmindəaçılmamış sirr qalır.Bir fikrə gəlirsən,Yenə onunla bağlıNə qədər deyilməmişsöz qalır, fikir qalır.O, atalar sözüdü,Yaddaşlarda qalacaqəbədi möhür kimi.

Gələcək nəsillərihər gün sehrləyəcəkSirr kimi, sehr kimilƏn incə mətləblərə,Ən zərif duyğularatoxunacaq bu dastan.Xalqın saf ləhcəsində,elin şirin dilində,Füzulinin, Sabirin,Üzeyirin dilindəOxunacaq bu nəğmə,oxunacaq bu dastanl

Təkcə əziz anasıİzzətdən doğulmadı,Suyunu Haqdan içənməhəbbətdən doğuldu.Onu tarixə çəkditarixin qaynaqları,Döyüş meydanı seçdi,cəsarətdən doğuldu.Qılıncı iti gördü,inamı qəti gördü,Ruhu Babəkdən gələnbir millətdən doğuldu.Gördü onu sıxırlarhər yandan, hər tərəfdən,Şərəfsizlər sürüsüOnu salmaq istəyirən uca bir şərəfdən.Arxada, öndə düşmən,Gündə şər, gündə düşmən.Gördü xalqının qanıaxır küçələr boyu,Qız-gəlinlər saç yolub,ağlayır şəhər boyu.

Kim ağlayır, kim gülür,kimdi alan nəzərə? —Titrətdi varlığınıbu dəhşətli mənzərə:Əzilən bir millətinhayına çatmaq üçün,Can verən bir xəstəniBu həyata qaytarıb,sağlam yaşatmaq üçünDağdan yel kimi gəldi,daşdan sel kimi gəldi,Qoşun kimi yeridi,ağır el kimi gəldi.Xızır kimi yetişdi,xilaskar kimi gəldi,Həqiqətə bir dayaq,Haqqa yar kimi gəldi.Qurtardı xalqı dardan,qurtardı xalqı yasdan, —Gələcək nəsillərindüşməyəcək əlindən,Varaq-varaq çevriliboxunacaq bu dastanl

İnam ilə başlanıbhər sətri, hər kəlməsi,Yazdığım hər nə varsa,mən inanıb yazmışam.Gecəm gündüzə dönübİnamın işığında,Şam kimi ərimişəm,yanıb, yanıb yazmışam.Bir-birinin dalıncaaxıb gələn fəsillərHava kimi ruhumdabəstələnib, yazmışam.

Məhəbbət yollarındaömrü girov qoymuşam,Mən onun xəstəsiyəm,xəstələnib yazmışam.Yazan kim, yazdıran kim,Haqqa yaxşı bəllidir,Ürəyimin hökmüdür,sifariş Haqdan gəlib.Çiçək ətri, gül suyu,bal şirəsi qatılıb,Onu yazan qələmingücü torpaqdan gəlib.Ona ilham deməzdim,Bu adın həvəsiyləçay kimi coşmasaydı.Ona könül deməzdim,Elin xilaskarınanəğmələr qoşmasaydı.Ona şair deməzdim,Ana öz balasınıbağrına basan kimi,Bu mübarək mövzunubağrına basmasaydı.Yaza bilərdimmi mənbu odlu sətirləri,Xalq ürəkdən dinləyib,el qulaq asmasaydı?Onu danışdıracaqqopuz kimi, ud kimi,Oğullar yetişəcəkDədə sözün dədəsidədəmiz Qorqud kimi.Nə deməkdi ətlə qan,Nə deməkdi ruhla can, —Bax beləcə bağlanıbduyğulara, hislərə,Bax beləcə qarışıbnəğmələrə, səslərəOxunacaq bu nəğmə,oxunacaq bu dastanl

Zaman dedi: “Nə yazmısan,layiqdimi öndərə,Sözün varmı, tarix onusabahlara göndərə,Şeirin varmı, dodaqlardakəlmə-kəlmə oxuna,Fikrin varmı, ürəklərdəxalı kimi toxuna,Sətrin varmı, çiçək kimitumarlana, öpülə,Yağış kimi nur yağdıra,çiçək kimi səpilə?”.Mən zamanın sualınaqətiyyətlə “var”, — dedim,“Həqiqəti istəyirsən,gəl sinəmi yar”, — dedim.Bu əsəri kimlərəsəxoş gəlməkçün yazmadım,Sözün canı nədədirsə,mən o canı yazmışam.O, nə zaman qaldırırdıyumruğunu havaya,O dalğanı, o tufanı,o meydanı yazmışam.Saya gəlməz duyğularlahər gün verib baş-başa,Pillə-pillə Haqqa varanadı-sanı yazmışam.Ümid yeri, iman yeri,güman yeri bilmişəm,Talelərə ünvan olanbir ünvanı yazmışam.Doğum günü var olsa da,ölüm günü yoxdu, yox,Ölümlərə qılınc çəkənbir insanı yazmışam.Neçə ildi içərimdənur çeşməsi qaynayır,Dastan mənə dayaq olub,mən dastanı yazmışam.Onu görüb, onu duyub,onu sevib həyatdaZəlimxanın içindəkiZəlimxanı yazmışam.Qoca dünya, qoca tarixöz işini görəcək,Ağılların, ilhamlarınmeyvəsini dərəcək.Açılacaq aydın səhər,söküləcək qızıl dan,OxunacaqlOxunacaqlOxunacaq bu dastan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets