İyirmi gün tamamdı,evimdən uzaqdayam,Vurnuxuram, hər şeyə,yerə, göyə ac kimi.Allah! Bir-birimizənecə doğmalaşmışıq,Ev qurulu bir xana,mən əriş-arğac kimi.Gedib uzaq ellərigəzsə də, dolansa da,Hər kəsə öz evi xoş,ağrıya əlac kimi.Buludlarla öpüşübbaşın göyə dəysə də,Gərək öz həyətindəbitəsən ağac kimi.Hər kişinin evinəistəyi, məhəbbəti,Gərək ucada dursunşah başında tac kimi.

2002, 19 yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets