Bu istilər gəldi keçdi,Daha soyuqlar düşəcək.Əsər payız kölgələri,Budaqlardan bar düşəcək.

Dağda sükut, daşda sükut,Səssizliyin yasını tut.Kövrələndə qara bulud,Yerə, yurda qar düşəcək.

Ağ ulduzlar asım-asım,Hansını bağrıma basım?Rəhmət sənə, Xəstə Qasım,Yada yenə yar düşəcək.

2000, 30 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring