Ömür tənhalıqda bada gedərdi,Əgər olmasaydı gözəl insanlar.Mənimdir onların sevinci, dərdi,Mənə özüm kimi əzizdir onlar.

Bəzən rastlaşıram özümlə özüm,Düşəndə bir yerə güzarım mənim.Yüz gördü, min gördü, çox gördü gözümBir deyil, on deyil məzarım mənim.

Torpağın altında çox darıxıram,Torpağın üstündə nə qədər şənəm.Gah sağa göz qoyub, sola baxıram,Hər yerdə mən varam, hər yerdə mənəm.

Deyib: "Nə tez öldü, nə nakam öldü" –Bəzən gül qoyuram məzarım üstə,Deyirəm: az güldü, çox azca güldü,Qoy gülüm, qalmasın arzusu gözdə.

Baxsan bu dünyanın ha tərəfinə,Bir yerdə qəbrim var, on yerdə sağam.Göy uçsa, yer qopsa ölmərəm yenə,Hələ neçə dəfə doğulacağam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death