Səni bir şair sevir
Səni bir şair sevir,Varmı xəbərin, gözəl?Sözü səndəndir, ancaq,Bütün şəhərin, gözəl.
Səni bir şair sevir,Ucaboy, enlikürək.Başdan-başa məhəbbət,Özü boyda bir ürək.
Səni bir şair sevir,Zəriflərin zərifi.Ona tərif nə gərək,Allahdandı tərifi.
Səni bir şair sevir,Eşqinin ozanıdı.Bircə soyuq baxışın,Ömrünün xəzanıdı.
Səni bir şair sevir,Ona çəkdirmə ahı.Sevməkdi Peyğəmbəri,Sevilməkdi Allahı!
2000, 10 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seni-bir-sair-sevir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
الامر فی نفاذ والملک فی قراروالعید قد تجلی من غرة النهار
ای خوشا مستانه سر در پای دلبر داشتندل تهی از خوب و زشت چرخ اخضر داشتن
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.