Sənə
Arzularım, diləklərim sənə yüzdü, sənə min,Yanaqları nəm görməsin sənin kimi sənəmin.Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin,Uzaqlığın məndən ötrü hicran deyil, bəs, nədir?!
Gözəlliyin gözlərimin qarasıdır, ağıdır,Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır.Dalğalar var sahilləri döyür, didir, dağıdır,Varlığımda baş qaldıran tufan deyil, bəs, nədir?!
Baxışınla baxışımı oxşa incə, sev incə,Göz dəyməsin gözlərində güllər açan sevincə.Belə vurğun baxmağını günah sayma bu gəncə,Günəbaxan al günəşə heyran deyil, bəs, nədir?!
Əvəzimdə hər kim olsa yaşamaqdan bezərdi,Gözləməkdən duyğularım köz-köz olub közərdi,Daş olsaydı ömrü boyu həsrətinə dözərdi,Əriməzmi bu Zəlimxan, insan deyil, bəs, nədir?!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sene-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
AğlaramBir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Düşər könlüm, əzizim, qanə sənsizDüşər könlüm, əzizim, qanə sənsiz,Gəlir şamü səhər əfğanə sənsiz.