Qurumasın bulaqların gözü,Solmasın çiçəklərin yanağı,Susmasın dərdlərin nəğməsi!Büdrəməsin şairin qələmi,Qırılmasın rəssamın fırçası,Tükənməsin alimin mürəkkəbi,Sınmasın ümidin qanadı,Sönməsin ürəyin həvəsi!Qələmin, dəftərin yaraşığı,Fırçanın, əsərin yaraşığı,Dərdin-qəmin, toyun-yasın,Sevincin, kədərin yaraşığı,Külli-kainatın yaraşığı,Yaşasın insan eşqi!Var olsun insan nəfəsi!

1996, 10 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets