Dinlədim doyunca Oğuldərəni,Təbiət söz alır, söz danışırdı.Qartal söhbətini zirvədən salıb,Buzluğun sözünü buz danışırdı.

Vurdu topuğuma, çıxdı dizimə,Xoş ətir çiləndi güldən izimə.Bu çiçək dəryama, gül dəniziməBaş vurub oğlanla qız danışırdı.

Nəğmə yaranırdı çayın səsindən,Sellərin, suların zümzüməsindən.Əlik dırnağından, şir pəncəsindənCığır xəbər verir, iz danışırdı.

Salırdı qonağı zəhmətə, işə,Kabab güc gəlirdi cağbacağ dişə.Quzumu, toğlumu çəkilən şişə,Ocaq kəlmə kəsir, köz danışırdı.

1977, 23 iyul Laçın

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring