Bahar fəsli, yaz ayı,Ömrün oğlan çağıdır.Bu nəğmənin vətəniŞahinlər oylağıdır.Qəhqəhəsi tükənməz,Qaynar səs bulağıdır.Zirvələrə səsləyir,Duya bilən hər kəsi, –Qarabağ şikəstəsi.

Qələbəm, zəfərimdi,Qəhrəmanlıq rəngidir.Arxalanıb dağlara,Çayların ahəngidir.Mahnıların başında,Bir şöhrət çələngidir.Xalqımızın gur səsi,Qarabağ şikəstəsi.

Bu avazda yurdumunSöhbəti var, dəmi var.Bircə şirin xalındaMin sevinci, qəmi var.Döyüşə cəsarəti,Yaraya məlhəmi var.Yatmaz, ayağa qalxar,Ayın, ilin xəstəsi.Oxunanda yanındaQarabağ şikəstəsi.

Titrəyən bir ürəkdir,Teli yara bağlıdır.Zirvələrdi məskəni,Meyli qara bağlıdır.Bir diyarın eşqidir,Min diyara bağlıdır.Göydə qanad saxlayar,Durnaların dəstəsi,Çatanda qulağınaQarabağ şikəstəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland