Çəkilməz
Yaz günündə xəzəl olmuşBağların dərdi çəkilməz.Çiçək vaxtı şaxta vurmuş,Tağların dərdi çəkilməz.
Kim nə bilsin nədən getdi,Nəfəs çıxdı, bədən getdi.Ölən öldü, gedən getdi,Sağların dərdi çəkilməz.
İstər ağla, istərsə gül,Hər ocağın axırı kül.Təpələrin işi yüngül,Dağların dərdi çəkilməz.
2000, 24 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-cekilmez
Use ← → keys to move, R for a random poem
More by this author
Ozan yoxdu, ozan yox
Mən deyəni ipə-sapa düzməyə,Yazan yoxdu, yazan yoxdu, yazan yox.
İlhamOxucularla görüşlərin birində mənəbelə bir sual verdilər:“İlham sizin üçün nə deməkdir?”
YaratdıƏllərimin içindədir gözümün yaşı,Tanrı məni yaradanda kövrək yaratdı.
AparandaYaylığım gözümdən betər ağlayır,İnsan gözlərini yaş aparanda.