Mənim dərdim nə dəvənin,Nə də bir quşun yüküdü.İçimdəki qəm səngəri,El yükü, qoşun yüküdü.

Xəstə ölür, sağa nə var,Mən nə çəkdim, dağa nə var.Ağılsız olmağa nə var,Yük ağlın, huşun yüküdü.

Deyən çox-çox əzəl deyib,Gül ömrünə xəzəl deyib.Ellər məndən gözəl deyib:Yüküm qurğuşun yüküdü.

2000, 29 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice