Gəzər
Qar kimi kövrələr, əriyər babam,Ruhu axşam-səhər bağçalar gəzər.Gözü yaşamaqda, özü yataqda,Eşqi dağlar deyər, ucalar gəzər.
Ayların, illərin keçər başından,Qəlbi soyuq olar divar daşından.Evin ortasında taxtın qaşındanKörpə uşaq kimi güc alar gəzər.
Yersizdi, dərmanı, davanı neylər,Lap dərman olsa da, havanı neylər.Cavanlıq itirən cavanı neylər,Gözü hara baxsa, qocalar gəzər.
1975, 23 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gezer
Use ← → keys to move, R for a random poem
More by this author
Təntiməyin, tələsməyin, çaşmayın,Yerli-yersiz həddinizi aşmayın,
Bu ağacın bar gətirən vaxtıdıTorpaq diri, toxum sağlam, yer sulu,Bu ağacın bar gətirən vaxtıdı.
Dünya başdan-başa çilçıraq olduSən gəldin, təbiət nura boyandı,Ay ocaq yandırdı, il çıraq oldu.
Torpaq ətriÖz içimdə torpaq əkib, dən səpirəm,Duyğuları cücərdirəm pöhrə kimi.