Ay Bənövşə
Sən hələ dünyaya təzə gəlmisən,Səhərin şehindən iç, ay bənövşə.Üzündən öpəndə duyduğum ətir,Eyləsin dərdimi heç, ay bənövşə.
İncə görkəminə dəysə bir xətər,Göynədər ruhumu güllədən betər.Kolların dibində qaldığın yetər,Yerini qəlbimdə seç, ay bənövşə.
Səndə təbiətin sadəliyi var,Eşqini duymasam, el məni qınar.Nə boynun əyilər, nə qəlbim sınar,Olmasa vədəsiz köç, ay bənövşə.
1975, 14 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ay-benovse
Use ← → keys to move, R for a random poem