Mən ki belə vurğunuydum bu torpağın,Dağlarında yaz mehinə dönəsiyəm.Nə zamansa damlalara qarışası,Gül ətrinə, gül mehinə dönəsiyəm.

Doğma olan bir nəfəsə qovuşanda,Könül eşqə, can həvəsə qovuşanda,Coşa gəlib səsim səsə qovuşandaBir bülbülün cəh-cəhinə dönəsiyəm.

Yağış olub yer üzünə yağa bilsəm,Torpaq olub Günəş nuru saça bilsəm,Ulduz olub dan yerindən doğa bilsəm,Yerin-göyün fərəhinə dönəsiyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring