Söz
Döyüşən əsgərəm söz səngərində,Mənim də sinəmin sipəri sözdü.Söz mənim ruhumdu, söz mənim canım,Ruhumun, canımın təpəri sözdü.
Ürəyin dərmanı, ruhun qidası,Sevginin zirvəsi, eşqin nidası,Tanrının göylərdən enən sədası,Torpağa yetirən xəbəri, sözdü.
Könül dünyasının sərvəti, zəri,Ruh adlı mələkdi, söz adlı pəri,Nə çoxdu dünyanın şah əsərləri,Allahın ən böyük əsəri sözdü.
2011, 3 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Biz ki unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Tərcüman deyir ki ("Be tə’mine lesane madər əz hər ku be Petpesburğ")Be tə’mine lesane madər əz hər ku be PetresburğYeki alim fürustənra mən əz millət rəcakarəm.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.