İçəndə ürəkdən oxay dedim mən,Bulağın gözünü, suyunu sevdim.Qarlı zirvəsindən baxdım düzlərəDağların vüqarlı boyunu sevdim.Analar evinə gəlin gətirdi,Payızda qızların toyunu sevdim.Vuruldum torpağa vurğun göylərə,Axarlı göylərə, durğun göylərə.Vətənə can dedim, anamı sevdim,Atamı, qeyrəti, inamı sevdim.Ellərin qəlbində məskən eyləyən,Dənizi, dəryanı, ilhamı sevdim.Sevirəm sözünü tutarmı dilim,Bu qədər sevgini kim yaşadır, kim?Sevincim, fərəhim dönməzmi yasa,Bu torpaq, bu Vətən, bu yer olmasa!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love