Səyyah nəğməsi
Eyni adlı şeirin müəllifi,dahi alman şairiİohan Volfqanq Höteyə
“Səyyah nəğməsi”ni yazan nəğməkar,Bu yurdu görməmək günah olarmış.Ürəkdə duyğular tanrılaşanda,Nə qüssə, nə kədər, nə ah olarmış.Qaya kölgəsində axşam düşərmiş,Ağac kölgəsində sabah olarmış.Göy çəmən qucağı, gur bulaq başı,İnsana ən ulu dərgah olarmış.Ətəkli meşələr, zirvəli dağlar,Gözəllik taxtında bir şah olarmış.Ən böyük səyyahlar şairlər olub,Ən güclü şairlər səyyah olarmış.İnsan gəzə-gəzə peyğəmbərləşər,İnsan duya-duya Allah olarmış!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seyyah-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Bu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Deyiləmİxtiyar sənindi, vəfalı dilbər,Mən sənin xətrinə dəyən deyiləm.
La'l-i lebleri câna şükr artururLa'l-i lebleri câna şükr artururŞükri şekker şekkeri şükr arturur
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!