Gəlmisən
Qardaş, söylə görüm İranda nə var,Eşitdim o yerdən təzə gəlmisən.Sənə bu yaşında gözəllər baxıb,Bir qız baxışında gözə gəlmisən.
Gözəllər əlindən alıb tabını,Çəkiblər məclisdə haqq-hesabını.Geyinə bilməyib ayaqqabını,Dönüb ayaqyalın bizə gəlmisən.
Ağıllı tərpənib tədbir tökənlər,Yaxanı çırmayıb yaxa sökənlər,Üzünü görməyib şallaq çəkənlər,Mey içib, dilində məzə gəlmisən.
Arifə qurbandı şairin canı,Gəl dostu-düşməni yaxından tanı.Dostumuz Nurəddin verib fitvanı,Zəlimxan dilində sözə gəlmisən.
2008, 20 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gelmisen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Nə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
Bax-baxİblis əməlinə, ibnə sözünə,Ağlar gözə, aha, amana bax-bax.
Atanın oğluna nəsihətiEy mənim ruhi-rəvanım, ey oğul.Ey mənim cismdə canım, ey oğul.