Ey külək, dağıdıbsalma didərgin,Qoy duman yaşasın,duman ömrünü.Sünbülün öz ömrü,dənin öz ömrü,Saman da yaşasınsaman ömrünü.

Tufanlar ovcundasıxma dağları,Atəşə yandırıbyaxma dağları.Ey qəfil zəlzələ,yıxma dağları,Dağlardı yaşadaninsan ömrünü.

Qoyma gül bağçalarbəhərsiz qala,Qoyma axşamlarısəhərsiz qala.Qoyma at igidsiz,yəhərsiz qala,Köhlənə bağışlameydan ömrünü.

Ağrı ürəyimiəzdi, ay aşıq,Fikrim haralarıgəzdi, ay aşıq.Çalma “Müxəmməs”i,tezdi, ay aşıq,Qoy şair yaşasındastan ömrünü.

Güləm, çəməniməqaytarın məni,Ruham, bədəniməqaytarın məni.Doğma vətəniməqaytarın məni,Zəlimxan görməsinhicran ömrünü.

2008, 11 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets